Üçlü ada İranındır və əbədiyyətə qədər iranın olaraq qalacaqdır
İranın BMT-dəki daimi nümayəndəsi Tehranın bölgədə sülh və təhlükəsizliyin yayılmasındakı iştirakına təkid edib.
SəhərAzəri xəbər verir, Məcid Təxte-Rəvançi bildiribdir ki, Əbu-Musa, Böyük və Kiçik Tonb adaları İranındır və əbədiyyətə qədər iranın olaraq qalacaqdır.
Təxte-Rəvançi çərşənbə axşamı günü BMT Təhlükəsizlik Şurasının virtual iclasında bir neçə region ölkəsinin İrana ittiham vurmasına cavab olaraq, qeyd edibdir ki, İran İslam Respublikası Fars Körfəzi bölgəsində sabitlik, ticarət nəqliyyatı və enerjinin təmini sahəsində inkaredilməz bir rola malik olubdur və bu həssas bölgədə sülh və təhlükəsizliyin yüksəlişinə kömək etməyə davam edəcəkdir.
Təxte-Rəvançi sonra vurğulayıb ki, təhlükəsizlik daxildən qaynaqlanmalıdır və onu xaricdən satın almaq olmaz. O, deyib: Qərbi Asiya bölgəsində hər il modern silahlara yüzlərlə milyard dollar xərcləyən ölkələr bilməlidirlər ki, iri hərbi xərclər nə legitimlik yaradır, nə də ki, uzunmüddətli təhlükəsizlik.
İranın BMT-dəki daimi nümayəndəsi İranın raket müdafiə proqramına da toxunub. Bildirib ki, İranın müdafiə zərurətləri raket proqramı kimi geostrateji hesablamalarda və nəzərəçarpacaq tarixi təcrübədə kökə malikdir.