Okt 22, 2020 11:34 Asia/Baku
  • İran qonşu ölkələrə 8 milyard dollarlıq əmtəə malı ixrac edib

İranın ticarətin inkişafı təşkilatının ərəb və Afrika məsələləri ofisinin baş müdiri cari il martın 20-dən sentyabrın 21-dək qonşu ölkələrə 8 milyard dollardan çox əmtəə malının ixracından xəbər verib.

SəhərAzəri xəbər verir, Fərzad Pilten deyib: Statistikalara əsasən, İranın martın 20-dən sentyabrın 21-dək olan ixracatı, dəyər cəhətdən on üç milyard 560 milyon dollardan çox, çəki baxımından isə 46 milyon 318 min ton olubdur.

Pilten bildirib ki, İranın bütün ixracatının səkkiz milyard on altı milyon dolları qonşu ölkələrə həyata keçirilibdir. O, deyib: İraq və əmirliklər birinci və ikinci yerlərdə, Əfqanıstan, Türkiyə, Pakistan, Rusiya, Azərbaycan Respublikası, Oman, Küveyt və Qətər isə sonrakı yerlərdə dururlar.

Teqlər