Ceyhun Bayramov İrana göstərdiyi dəstəyə görə təşəkkür edib
https://azeri.sahartv.ir/news/İran-i369017-ceyhun_bayramov_İrana_göstərdiyi_dəstəyə_görə_təşəkkür_edib
Ceyhun Bayramov Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə İrana minnətdarlıq edib
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 28, 2020 16:28 Asia/Baku
  • Ceyhun Bayramov İrana göstərdiyi dəstəyə görə təşəkkür edib

Ceyhun Bayramov Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə İrana minnətdarlıq edib

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini və İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi Seyid Abbas Əraqçi Azərbayca Respublikasında səfərdədir.

Nazir müavinin səfərinin məqsədi İranın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsünü təklif etmək məqsədi daşıyır.

Bildirilib ki, o, artıq Baş Nazirin müavini Şahin Mustafayev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüb. 

Xatırladaq ki, Əraqçı Azərbaycandan sonra Rusiya, Ermənistan və Türkiyəyə də səfər edəcək.

Tərəflər Azərbaycan və İran arasında mövcud yüksək səviyyəli əməkdaşlığı vurğulayıblar və gələcəkdə bu münasibətlərin daha da inkişaf edəcəyi ilə bağlı əminlik ifadə ediblər.

Nazir Ceyhun Bayramov xüsusi olaraq vurğulayıb ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və Azərbaycan əhalisini məqsədyönlü şəkildə hədəf alır. O, münaqişə zonasından uzaq məsafədə yerləşən Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərin, uşaq və qadınlar daxil olmaqla günahsız mülki əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən xaincəsinə atəşə tutulduğunu qeyd edib.

Xüsusi nümayəndəsi Seyid Abbas Araqçı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair İranın rəsmi mövqeyini bir daha vurğulayıb. İran Prezidentinin xüsusi nümayəndəsi mülki şəxslərin həyatının itirilməsi ilə bağlı başsağlığını ifadə edib.

Nazir Ceyhun Bayramov Azərbaycanın ərazi bütövlüyünə İranın dəstəyi ilə bağlı həmsöhbətinə minnətdarlığını ifadə edib.

Görüşdə, həmçinin tərəflər qarşılıqlı maraq və narahatlıq doğuran məsələləri müzakirə ediblər.