Abbas İraqçı: “Dağlıq Qarabağ münaqişəsi Rusiya, İran və Türkiyənin iştirakı ilə nizamlana bilər”
https://azeri.sahartv.ir/news/İran-i369069-abbas_İraqçı_dağlıq_qarabağ_münaqişəsi_rusiya_İran_və_türkiyənin_iştirakı_ilə_nizamlana_bilər
“Dağlıq Qarabağdakı böhran regional səviyyədə, Rusiya, İran və Türkiyənin iştirakı ilə nizamlana bilər”.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 30, 2020 15:25 Asia/Baku
  • Abbas İraqçı: “Dağlıq Qarabağ münaqişəsi Rusiya, İran və Türkiyənin iştirakı ilə nizamlana bilər”

“Dağlıq Qarabağdakı böhran regional səviyyədə, Rusiya, İran və Türkiyənin iştirakı ilə nizamlana bilər”.

SəhərAzəri xəbər verir, bunu hazırda İrəvanda səfərdə olan İran prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Abbas İraqçı deyib.

“İranın planının ən vacib xüsusiyyəti onun regional yanaşmaya malik olması və regional yanaşmadan istifadə edərək, bölgədəki nüfuzu olan ölkələrin iştirakı ilə bu böhranla mübarizə apara və ona qarşı dura bilməsindədir. Təbii ki, Rusiya və Türkiyə regionun ən vacib ölkələridirlər. Planın ikinci vacib xüsusiyyəti isə onun reallığı və reallığa diqqətidir. İndiyə kimi Dağlıq Qarabağda üç dəfə atəşkəs tətbiq olunsa da pozulub. Fikrimcə, bunun səbəblərindən biri regionun reallığının nəzərə alınmamasıdır. Əslində İran İslam Respublikasının planına görə, atəşkəsə birinci mərhələdə deyil, ikinci mərhələdə baxılır”, - deyə iranlı diplomat vurğulayıb.