İran parlamentinin plenar iclasında "Amerikaya ölüm" şüarı səsləndirilib
https://azeri.sahartv.ir/news/İran-i369126-İran_parlamentinin_plenar_iclasında_amerikaya_ölüm_şüarı_səsləndirilib
İran İslam Şurası Məclisinin millət vəkilləri ABŞ-ın Tehrandakı casusluq yuvasının ələ keçirilməsinin ildönümü günü ərəfəsində "Amerikaya ölüm olsun" şüarı səsləndiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2020 12:08 Asia/Baku
  • İran parlamentinin plenar iclasında

İran İslam Şurası Məclisinin millət vəkilləri ABŞ-ın Tehrandakı casusluq yuvasının ələ keçirilməsinin ildönümü günü ərəfəsində "Amerikaya ölüm olsun" şüarı səsləndiriblər.

SəhərAzəri xəbər verir, 1358-ci günəş ili Aban ayının 13-ü, 1979-cu milad ili noyabrın 4-ü iranlı tələbələr ABŞ-ın İslam İnqilabına qarşı çoxsaylı fitnələrinə etiraz olaraq, onun Tehrandakı casusluq yuvasını ələ keçiriblər.

İran İslam Şurası Məclisinin viste-spikeri "Əmir Hüseyn Qazizadə Haşimi" bu gün parlamentin plenar iclasında deyib: "13 Aban ABŞ-ın hegemonçuluğu və artıqtamahlığı, habelə İran milləti ilə bir əsrə yaxın birmənalı düşmənçiliyinin simvolu olmaqla yanaşı, dünyan imperializminin yenilməzlik eyforiyasının dağılması deməkdir.

İran İslam Şurası Məclisinin viste-spikeri ABŞ dövlətinin İranın böyük xalqı ilə kin bəsləməsi və düşmənçilik mahiyyətinin dəyişmədiyini bildirərək, vurğulayıb: "İran xalqı çox yaxşı bilir ki, ABŞ-ın digər xalqların, xüsusilə də İran xalqının müstəqilliyinə qarşı strateji siyasətləri demokratlar və ya respublikaçıların seçilməsi ilə əsaslı və ya funksional şəkildə dəyişməyəcək".