Noy 03, 2020 12:28 Asia/Baku
  • İrana Amerikanın rəftarı mühümdür

İranın xarici işlər naziri deyib ki, İran İslam Respublikasına ABŞ prezident seçkilərinə namizədlərin verdikləri vədlər deyil, Ağ Ev-in seçkilərdən sonrakı rəftarı mühümdür.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif CBS telekanalı ilə müsahibədə bildirib ki, İran dövləti Donald Trampla Co Baydenin heç birinə üstünlük vermir.

O, deyib: Əgər Amerika İrana qarşı təxribatçı rəftarlarını dayandırmaq qərarına gələrsə, kimin Ağ Ev-də yeləşəcəyindən asılı olmayaraq, məsələ fərq edəcəkdir.

İranın xarici işlər naziri müsahibəsinin digər bir hissəsində vurğulayıbdır ki, İran nüvə anlaşması barədə Amerika ilə yenidən müzakirə etməyəcəkdir.

O, söyləyib: Bir daha anlaşma əldə etmək üçün bir yol tapa bilərik, lakin yenidən anlaşma bir daha müzakirə demək deyildir. Bu, o deməkdir ki, Amerika müzakirə masasına geri dönsün.

Zərif Amerika hökuməti tərəfindən tətbiq edilmiş anti-İran sanksiyaları barədə qeyd edibdir ki, sanksiyalar İrana ziyan vurdular, lakin Amerikanın istədiyi tərzdə siyasi dəyişikliyə bais olmadılar.

İranın xarici işlər naziri sonra deyib: Co Bayden bilir ki, seçkilərdə qalib gələcəyi təqdirdə, İran nüvə anlaşması barədə bu ölkə ilə yenidən müzakirəyə girməyəcəkdir.

Məhəmməd Cavad Zərif CBS telekanalı ilə müsahibəsinin başqa bir hissəsində Amerikanın kəşfiyyat orqanları tərəfindən İranın həmin ölkənin prezident seçkilərinə qarışması barədə irəli sürülən iddianı rədd edib və belə söyləyib: Tramp Amerikanın seçki sisteminə qarşı ən mühüm və ən təsirli təhqirləri həyata keçirən yeganə şəxsdir.

Teqlər