Noy 04, 2020 09:19 Asia/Baku
  • Xatibzadə:

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Kabil Universitetinə edilən terror hücumunu qınadı.

SəhərAzəri xəbər verir, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə dünən gecə bir Tvittdə yazıb: "Qara düşüncə və əlləri günahsız insanların qanına bulanmış terrorçular və onların tərəfdarları, Əfqanıstanın gələcəyini və övladlarının pak canını hədəf alıblar".

"İran ekstremizm və İfratşılığa qarşı hərtərəfli mübarizədə Əfqanıstan dövləti və xalqının yanındadır", - deyə Xətibzadə əlavə edib.

Qeyd edək ki, noyabrın 2-də Əfqanıstanda silahlı şəxslər tərəfindən Kabil Universitetinə hücum edilib. Əfqanıstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 3 silahlı şəxs Universitetin Hüquq fakültəsinin yerləşdiyi binaya hücum edib nəticədə  22 nəfər ölüb, ən azı 40 nəfər yaralanıb. Hücumda ölən və yaralananların çoxu tələbələrdən olub.

İŞİD terror təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürüb. 

Hücumun məsuliyyətini Taliban öz üzərinə götürməsə də, Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh Talibanı cinayətdə günahlandırıb.

Teqlər