General Səlami:
"Təhlükəsizlik bizim qırmızı xəttimizdir"
Sepah-ın baş komandanı Ərdəbil vilayətinin Aslanduz rayonunda sərhəd zolağından baxış keçirərkən Qarabağ münaqişəsi tərəflərinin İran sərhədlərinə qarşı hər hansı təhdidin baş verməsindən çəkinmələri vacibliyini vurğulayıb.
SəhərAzəri xəbər verir, general Səlami Qarabağ bölgəsindəki son hərəkətləri nəzərdən keçirərək, sərhəd bölgələrinin təhlükəsizliyinin daha çox təmin edilməsi üzrə lazımi göstərişlər verib. O, deyib: Ətraf bölgələrin vəziyyətinə uyğun müdafiə-təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, həmçinin son döyüşlərin baş verdiyi məkanın ətrafındakı sərhəd bölgələrində yerləşən hərbi bölmələrin sayıqcasına mühafizəsi və iştirakına təkid olunur.
General Səlami qeyrətli və şücaətli sərhədçilərin və İslam döyüşçülərinin bu həssas bölgədə sərhədlərin müdafiəsi üzrə hazırlıqları və mübarizələrini yüksək qiymətləndirməklə beynəlxalq sərhədlərin dəyişməzliyini mühüm bir məsələ adlandırı