Noy 10, 2020 17:49 Asia/Baku
  • Ruhani: Yeni Amerika liderləri, millətlərinin dəyişiklik istəyini həyata keçirməlidirlər

Ölkəmizin prezidenti deyib: Hazirda öz millətlərinin mesajlarını daha yaxşı anlamaq üçün sıra ABŞ-da yeni seçilmiş liderlərdədir.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bu gün çərşənbə axşamı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin videoformatda keçirilən 20-ci sammitində, Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən bu konfransı təşkil etdiyinə görə təşəkkür edərək, deyib: Hazirda öz millətlərinin mesajlarını daha yaxşı anlamaq üçün sıra ABŞ-da yeni seçilmiş liderlərdədir və bu iradəni xarici siyasətlər və digər ölkələrlə və millətlərlə münasibətlərində də həyata keçirməlidirlər.
Ruhani vurğulayıb: İran Avrasiya, Fars Körfəzi və Cənubi və Qərbi Asiya bölgələrindəki qonşuları ilə yaxşı qonşuluğun gücləndirilməsi, etimad və dialoq siyasətini hər zaman vurğulayır; Həm də davamlı prinsiplərin mövcudluğunu, əməkdaşlıq və sülh yolu ilə mümkün bilir.

Teqlər