Noy 11, 2020 10:35 Asia/Baku
  • İslami ölkələrin Fransanın anti-İslam hərəkətlərilə mübarizələrinə təkid

Bir videokonfransda islami ölkələrin Fransanın anti-İslam hərəkətlərilə mübarizələrinə təkid edilibdir.

SəhərAzəri xəbər verir, İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri «Müasir dünyanın problemləri: Nifrətin Yayılması, Ekstremizm, Terrorizm, İslamofobiya və Ermənilərin Azərbaycana Hücumu" adlı iclas üçün özünün videokonfrans formatında təşkil edilən çıxışında Fransanın hörmətsiz və anti-İslam hərəkətlərini tənqid edib və bildirib ki, Fransa hökuməti özünün bu nalayiq rəftarının əvəzini ödəməlidir.

Əbuzər Ebrahimi Torkəman Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və bir qrup dini və siyasi şəxsiyyətin iştirakı ilə Bakıda keçirilən iclasa olan öz videosöhbətində cahilliyin zərərli təsirlərinə işarə ilə söyləyib: Hazırkı dövrdə dünyada elmin artmaqda olan inkişafına rəğmən, cahillik də inkişaf edib və əlbəttə, bədəvi cahilliyindən modern cahilliyə çevrilibdir. Yəni bilərəkdən cahillik. Dünya cəmiyyətlərində ekstremist qrupların meydana gəlməsi bu cahilliyin bir nümunəsidir.

O, deyib: Dünyanın COVID-19 xəstəliyindən irəli gələn birgə dərdə düçar olduğu bir zamanda, müqəddəs Quranın yandırılması, Böyük İslam Peyğəmbəri(s.ə.s.) barədə karikaturanın çəkilib, yayılması modern cahillikdən başqa bir şey ola bilərmi? Bu gün bəşəriyyət texnologiya cəhətdən böyük inkişafa malik olduğu və elm sahələrini bir-birinin ardınca fəth etdiyi bir halda, bəs nə üçün cahilliyi aradan götürə bilməyibdir? Əsas amil budur ki, qəflətə qapılmaq mənəviyyatın və əxlaqın tənəzzül etməsinə səbəb olubdur.

Teqlər