İranlı alimlər koronavirus haqda 1800-dən çox məqalə yazıblar
Noy 11, 2020 17:25 Asia/Baku
İranlı alimlər cari 2020-ci ildə koronavirus mövzusunda 1800-dən çox məqalə yazıblar.
SəhərAzəri xəbər verir, İran Ali Mədəni İnqilab Şurasının elm və texnologiya qərargahının sədr müavini Mənsur Kəbqaniyan deyib: 2020-ci ildə dünyada koronavirus barədə 67 min 712 məqalə dərc olunubdur ki, bu miqdardan iranlı alimlərin payı 1884 məqalədir.
Kəbqaniyan həmçinin İran universitetlərinin Asiya səviyyəsindəki yerinə işarə ilə söyləyib: Asiya universitetləri arasında Şərif və Əmir Kəbir adına sənaye universitetləri, Elm və Sənaye, Tehran və Şiraz universitetlərinə şamil olan beş İran universiteti yer alıbdır.