Noy 15, 2020 09:47 Asia/Baku
  • İranda qaz təzyiqini ölçmə və azaltma stansiyaları yerliləşdirilib

İranda bir startap şirkət ölkədə qaz təzyiqini ölçmə və azaltma stansiyalarının konstruksiyası və tikintisi sahəsində uğur qazanıb.

SəhərAzəri xəbər verir, bu starap şirkətin icraçı direktoru Həmid Rostəmi bildiribdir ki, qaz təzyiqinin azaldılması və ona nəzarət, təzyiqin azaldılması üzrə bir stansiyanın ən əsas hədəfidir. O, deyib ki, bu şirkətdə, yerli və uzaq məsafədən ən yüksək nəzarət və avtomatlaşdırma səviyyələrinədək qaz təzyiqinin azaldılması stansiyalarının dizaynı və tikintisi qabiliyyəti mövcuddur.

Bu iranlı startap şirkət öz fəaiyyət dairəsini genişləndirməklə digər region ölkələrində də xidtmələr təqdim edir. İraqın Bəsrə şəhərindəki «Ruməylə» qaz təzyiqinin azaldılması stansiyasının mühəndislik, tədarük və tikinti layihəsi region səviyyəsində həyata keçriilən həmin xidmətlərdən biridir.

Teqlər