İranın cənubunda 1 ton 700 kq narkotik maddə aşkar edilib
İranın Hörmüzqan vilayətinin nizam-intizam qüvvələrinin komandanı bu ölkənin cənubunda 1 ton 700 kiloqran narkotik maddələrin aşkar edildiyindən xəbər verib.
SəhərAzəri xəbər verir, İranın Hörmüzqan vilayətinin nizam-intizam qüvvələrinin komandanı briqada generalı Qulamrza Cəfəri deyib: "İranın nizam-intizam qüvvələri kəşfiyyat monitorinqi ilə narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul dəstə üzvlərinin hərəkətlərini izləyib və qaçaqmalçıların narkotik maddələri qaz tankerində yerləşdirərək, köçürmək niyyətində olduqlarını öyrəniblər.
Briqada generalı Cəfəri əlavə edib: "Nizam-intizam qüvvələri Xəmir-Bəndər Lingə yolunda axtarış-əməliyyat tədbirləri həyata keçirərkən, narkotik maddələr yüklü bir tankeri müəyyən edib və ona baxış keçirərkən, bir ton 719 kiloqram tiryək aşkar edib və bir qaçaqmalçını saxlayıblar.
İran İslam Respublikası sanksiyalara rəğmən, son bir ildə 950 tondan çox narkotik maddə aşkar və müsadirə edərək, dünyada narkotik vasitələrin kəşfiyyatı üzrə liderdir.