Zərif: İran Amerikanı nüvə anlaşmasına qaytarmaq şəraiti barədə müzakirəyə hazırdır
İran xarici işlər naziri İranın Birləşmiş Ştatları nüvə anlaşmasına qaytarmaq şəraiti barədə müzakirəyə hazır olduğunu vurğulayıb.
SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif çərşənbə günü öz tvitter hesabında Birləşmiş Ştatların hələ BMT üzvü olmasına işarə ilə yazıb: Əgər Amerika öz öhdəliklərini Təhlükəsilzik Şurasının 2231 saylı qətnaməsində qeyd olunduğu kimi icra edərsə, İran da nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirəcəkdir.
Zərif sonra bildirib: Əgər Birləşmiş Ştatlar bir daha nüvə anlaşmasına qoşulmaq istəmiş olarsa, İran Amerika üçün «nüvə anlaşmasında iştirakçı» adının bərpa olunması şəraiti barədə müzakirə etməyə hazır olacaqdır.
Amerika prezidenti Donald Tramp 2018-ci il mayın səkkizində birtərəfli surətdə Vaşinqtonun nüvə anlaşmasındakı öhdəliklərini pozmaqla ölkəsini bu beynəlxalq anlaşmadan çıxardı.
Mediaların Amerika prezident seçkilərinin qalibi kimi təqdim etdikləri demokrat partiyasının namizədi Co Bayden bundan öncə demişdi ki, Amerika prezidenti kimi Ağ Ev-ə daxil olacağı təqdirdə, nüvə anlaşmasına geri dönəcəkdir.