Noy 25, 2020 19:24 Asia/Baku
  • İranda koronavirusa yoluxanlardan 469 nəfər həyatını itirib

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə on üç min nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və 469 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on üç min 843 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan iki min 370 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 894 min 385 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 469 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 46 min 207 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 625 min 606 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər