İranda koronavirusa yoluxanlardan 362 nəfər həyatını itirib
İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə on üç min nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və 362 nəfərin həyatını itirməsindən xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on üç min 621 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan iki min 246 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
İranda koronavirusa yoluxanların ümumi sayının 989 min 572 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 362 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 48 min 990 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 678 min 54 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.