İranın kənd təsərrüfatı məhsullarının ixracı 13 faiz artıbdır
İranın Gömrük Təşkilatının direktor müavini deyib: “Son 8 ayda İranın kənd təsərrüfatı məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə, dəyər ifadəsində 13 faiz, həcm ifadəsində isə 27 faiz artıbdır.
SəhərAzəri xəbər verir, Mehrdad Cəmal Ərunəqi əlavə edib: “Bu müddətdə İran ümumilikdə 3 milyard 842 milyon 135 min dollar dəyərində 5 milyon 450 min ton kənd təsərrüfatı məhsulları ixrac edib. Bu göstərici keçən il 3 milyard 400 milyon dəyərində 4 milyon 285 min ton olubdur.
Ərunəqi həmin müddətdə İranın əsas ixracat məhsullarının xam püstə, qarpız, pomidor, tomat, püstə ləpəsi və alma olduğunu bəyan edərək, qeyd edib ki, bu məhsulların ümumi həcmi 1 milyard 312 milyon dollar dəyərində 1 milyon 518 min ton olubdur.
O, əlavə edib: “Son 8 ayda bu əsas məhsulların bir milyard dollar dəyərində 1 milyon 417 min ton ixracı reallaşıdbır ki, dəyər baxımından 30 faiz və həcm baxımından 7 faiz artıbdır”.