Zərif ilə Çavuşoğlu arasında telefon danışığı olub
Bu axşam Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon əlaqəsi olub.
SəhərAzəri xəbər verir, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında bu axşam baş tutan telefon əlaqəsi zamanı, Türkiyə tərəfi İranla Türkiyə arasındakı yaxın və dostluq əlaqələrini və Ankaranın mehriban qonşuluğa dair qəti siyasətini vurğulayaraq, Türkiyə Prezidentinin İranın milli suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etdiyini, oxuduğu şeirin ətrafındakı həssaslıqların fərqində olmadığını, onu sadəcə Laçın və Dağlıq Qarabağla əlaqəli hesab etdiyini və buna görə də onu Bakı mərasimində oxuduğu ilə bağlı İran tərəfini əmin edib.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu telefon danışığında, iki ölkə arasındakı dostluğun və hörmətə əsaslanan əlaqələrin, habelə Türkiyə prezidenti ilə İran İslam Respublikasının yüksək rütbəli rəsmiləri arasındakı səmimi münasibətlərin əhəmiyyətini qeyd edib və ikitərəfli əlaqələrin qarşılıqlı etimad şəraitində daha da genişlənəcəyinə ümidvarlıq ifadə edib.