Dek 23, 2020 16:05 Asia/Baku
  • Putin və Makron nüvə anlaşmasının qorunması vacibliyini vurğulayıblar

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron bir telefon söhbətində birgə fəaliyyət üzrə hərtərəfli planın qorunub saxlanılmasının vacibliyini vurğulayıblar.

SəhərAzəri xəbər verir, Kreml bir bəyanatda Putin ilə Makronun nüvə anlaşması, Dağlıq Qarabağ məsələsi, Ukrayna, Liviya və Suriyanın durumu barədəki telefon söhbətinə işarə edib. Qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı vəziyyət haqda iki tərəf nüvə anlaşmasının qorunması məqsədilə qrup halında səylərin vacibliyini vurğulayıb.

Rusiya və Fransa 4+1 qrupunun üzvləri olaraq, nüvə anlaşmasının qorunması üçün İran, Almaniya, İngiltərə və Çin ilə əməkdaşlıq edirlər.

Rusiya və Fransa prezidentləri telefon söhbətinin davamında Dağlıq Qarabağ məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

Putin və Makron hər iki tərəfin Qarabağ münaqişəsinin həllinin müxtəlif aspektlərini, o cümlədən ATƏT-in Minsk qrupu çərçivəsində koordinasiyasını davam etdirməyə hazır olduğunu vurğulayıblar.

İki tərəf daha sonra Ukrayna məsələsinə toxunubdur ki, onda 2015-ci il Minsk razılaşmasının və Normand dördlüyündə qəbul edilmiş qərarların müddəalarının reallaşdırılması üzrə səylərin fəallaşdırılmasına olan marağa təkid olunubdur.

Teqlər