Dek 23, 2020 17:35 Asia/Baku
  • SEPAH-ın Qüds Qüvvələrinin komandanı İraqa səfər edib

İran İslam İnqilabı Keşikçiləri korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı Bağdada olan səfəri çərçivəsində İraqın yüksək rütbəli rəsmiləri ilə görüşüb, fikir mübadiləsi aparıb.

SəhərAzəri xəbər verir, Əl-Aləm kanalının məlumatına görə, İslam İnqilabı Keşikçiləri korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı general-mayor İsmail Qaani Bağdada səfər edib.

Məlumata əsasən, general-mayor Qaani İraqın yüksək rütbəli rəsmiləri ilə görüşdə Tehranla Bağdad arasında ikitərəfli əməkdaşlıqların genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparacaq.

İslam İnqilabı Keşikçiləri korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı bundan əvvəl də bir neçə dəfə İraqa səfər edib və bu ölkə rəsmiləri ilə İran ilə İraq arasındakı əlaqələrinin inkişafı yolları barədə danışıqlar aparıb.

Teqlər