Dek 23, 2020 21:06 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikası prezidenti İraqın Bəəs rejiminin devrilmiş diktatoru Səddamın İran xalqına hərbi müharibəni və ABŞ prezideti Donald Trampın iqtisadi müharibəni qəbul etdirdiyinə toxunub və deyib: "Trampın taleyi Səddamın taleyindən daha yaxşı olmayacaq"

SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin bu günkü iclasında İraqın Bəəs rejiminin İran İslam Respublikasına qəbul etdirdiyi müharibəyə toxunaraq, xatırladıb: "İran xalqı hərbi müharibədə əl-ələ verib Səddamı yekdillik bə birliklə məğlub etdilər".

Ruhani Səddamın bir gün dar ağacından asıldığını bəyan edib və qeyd edib ki, İran xalqı müqavimət və dözümlülük göstərərək, təkəbbürlə onun məğlubiyyətini gözləyənlərin fitnələrini zərərsizləşdirdi".

İran İslam Respublikasının prezidenti ABŞ-ın beynəlxalq arenalarda məğlubiyyətinə toxunaraq, deyib: "Amerikalılar hər dəfə BMT və beynəlxalq ictimaiyyətdə İrana qarşı hərəkətə keçdilərsə, ənənəvi dostları onları müşayiət etmədilər və Avropa onların dediklərini qəbul etmədi."

Ruhani, sözlərinin davamında Azərbaycan Respublikası ərazilərinin azad edilməsinin Tehran ilə Bakı arasındakı iqtisadi əlaqələrdə təsirli olduğunu qeyd edərək, əlavə edib: "İran və Azərbaycan Respublikası Xudafərin su bəndi vasitəsilə elektrik enerjisi və suyun təmin edilməsi barədə razılığa gəliblər". 

İran İslam Respublikası prezidenti, həmçinin Xaf-Hərat dəmir yolunun istifadəyə verilməsinə toxunub və bu dəmir yolunun Əfqanıstanın Məzari-Şərif şəhərinə və oradan Orta Asiyaya çatacağına ümidvar olduğunu bildirib.

Teqlər