Xətibzadə: "Əfqanıstan münaqişəsinin həlli siyasidir"
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "Əfqanıstan böhranları və münaqişələrinin qəti həll yolu siyasidir".
SəhərAzəri xəbər verir, İran Xarici İşlər Nazirliyinin Mətbuat katibi Səid xətibzadə bu gün jurnalistlərlə virtual formatda keçirdiyi mətbuat konfransında keçən həftə Əfqanıstanın Milli Təhlükəsizlik müşaviri Həmdullah Mühib ilə Tehranda baş tutan görüşünə toxunub və deyib: "Əfqanıstan böhranları və münaqişələrinin qəti həll yolu siyasidir və ABŞ-ın bu ölkədə sabitliyi pozan mövcudluğunu nəzərə alaraq, İran bütün əfqan qruplarını əhatəli dialoqa dəvət edir".
Xətibzadə İranın nüvə anlaşmasında qalan ölkələrin xarici işlər nazirlərinin keçən həftəki iclası barədə də deyib: "İran xarici işlər naziri məhəmməd Cavad Zrif bu iclasda qarşı tərəflərin nüvə anlaşması çərçivəsindəki öhdəliklərinə sadiq qalmaları zəruriliyini vurğulayıb".
İran Xarici İşlər Nazirliyinin Mətbuat katibi İraq nümayəndə heyətinin dünən gecə Tehrana səfəri ilə bağlı deyib: "İraqın baş nazirinin müşaviri İran İslam Respublikasının dəvəti ilə Tehrana gəlib və regionun son inkişafları barədə məsləhətləşmə aparılıb".
Xatibzadə, İranın siyasətinin mehriban qonşuluq olduğunu bəyan edərək, deyib: "ABŞ qonşu ölkələri İrana qarşı əmin-amansızlıq bazalarına çevirib və Tehran dəfələrlə qonşu və dost ölkələri Ağ Evdəki hakim rejimin üsyançılığı qarşısında öz vəzifələrini yerinə yetirməyə çağırıb. Baxmayaraq ki, BMT nizamnaməsinə əsasən, İranın özünü qanuni müdafiə etməkdə heç şübhəsi yoxdur".
İran Xarici İşlər Nazirliyinin sözçüsü, İraqın keçmiş baş naziri Adil Əbdul Mehdinin general-leytenant şəhid Hacı Qasim Süleymaninin İraqa son səfəri və terror edilməsi ilə bağlı son açıqlamalarına toxunaraq, deyib: "General Süleymani regionun ən sülhsevər generalı idi ki, terrorizm və vəhhabiliyin zorakı simalarının məğlubiyyəti onun irsidir".
İran diplomatiya aparatının sözçüsü, ABŞ-ın general Süleymanini terror etməklə böyük bir strateji səhv etdiyini vurğulayaraq, əlavə edib: "ABŞ hökumətindəki bu böyük cinayətin amilləri və ona göstəriş verənlər mütləq ədalət məhkəməsi qarşısına çıxarılacaqlar."