Altıncı Beynəlxalq Ərbəin Mükafatının bağlanış mərasimi keçirildi
Altıncı Beynəlxalq Ərbəin Mükafatının bağlanış mərasimi "Müqavimətin Komandirləri, Ərbəinin Təhlükəsizlik Gözətçiləri" mövzusunda keçirilib.
SəhərAzəri xəbər verir, Altıncı Beynəlxalq Ərbaeen Mükafatının bağlanış mərasimi bazar ertəsi İslami Mədəniyyət və İstiüamətləndirmə Naziri "Seyid Abbas Salehi" və İslami Mədəniyyət və Əlaqəlır Təşkilatının sədri Əbuzər İbrahimi Türkman və bir sıra mədəni rəsmilər və alimlərin iştirakı ilə keçirilib.
Bu mərasimdə, 7-ci Beynəlxalq Ərbəin Mükafatı Mərasiminin markaları, kitabları və afişaları açılarkən, 6-cı Ərbəin Mükafatı Festivalının fotoqraflıq, peşəkar film, populyar film, şəhadətnamələr yazılışı və kiber məkan fəalları sahəsində layiq görülənlərə mükafatlar və təltif lövhələri verilib.
Altıncı Benəlxalq Ərbəin Mükafatı mərasiminin icraçı katibi "Mehdi Səadətnejad" deyib: Ərbəin müqavimət komandirləri və mühafizəçiləri General Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin şəhadətinin birinci ildönümü ərəfəsində, İslami Mədəniyyət və Əlaqələr Təşkilatı, İran İslam Respublikasının mədəni diplomatiyasının qəyyumu olaraq, dünyaya Ərbəin Mərasiminin möhtəşəm tədbirindən layiq bir mənzərə təqdim etməyə vəzifəlidir.
Xatirladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasim Süleymani və İraqda Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Mehdi Əl-Mühəndis və onlarla yanaşı digər səkkiz nəfər, 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu ABŞ qüvvələrinin İraqın Bağdad hava limanının yaxınlığında keçirdikləri hava hücumunda şəhid edildilər.