Dek 30, 2020 19:29 Asia/Baku
  • İran nanotexnologiya sahəsində dördüncü yerdədir

İranın nanotexnologiya komitəsinin katibi deyib: Ali təhsil mərkəzlərinin fəaliyyəti nəticəsində İran İslam Respublikası nanotexnologiya sahəsində dünyada dördüncü yerə qalxıbdır.

SəhərAzəri xəbər verir, Səid Sərkar dünən Ali Mədəniyyət İnqilabı Şurası iclasının kənarında İRİB informasiya agentliyinə eksklüziv müsahibəsində əlavə edib: İran nano sahəsində Çin, ABŞ və Hindistandan sonra dördüncüdür və Avropa ölkələrindən, həmçinin Yaponiya və Cənubi Koreyadan öndədir.

Sərkar bildirib ki, İran nanotexnologiyanın inkişaf etdirilməsi və elm istehsalı sahəsində dayanmayıbdır.

O, deyib: İranın qeydə alınmış beynəlxalq ixtiralarının 24 faizi nano sahəsinə aid olaraq, ondan sonra bir məhsula çevrilibdir.

İranın nanotexnologiya komitəsinin katibi sonra söyləyib: Hal-hazırda İran bazarda 18-dən çox sənaye sektorunda təsdiq edilmiş 711 məhsula malikdir və bu məhsullar 294 iranlı startap şirkətdə istehsal olunubdur.

Nanotexnologiya geniş esseləri əhatə edən tətbiqi bilik və texnologiya sahəsidir.

Onun əsas mövzusu, bir mikrometrdən az və adətən təqribən birdən yüzədək nanometr ölçülərdə olan cihazlar və ya maddənin aradan qaldırılmasıdır.

Teqlər