General-leytenant pasdar Şəhid Qasim Süleymani və silahdaşlarının şəhid olmasının birinci ildönümü keçirildi
General-leytenant pasdar Şəhid Qasim Süleymani, Əbu Məhdi Əlmuhəndis və onların silahdaşlarının şəhid olmasının birinci ildönümü mərasimi Tehranda keçirilib.
SəhərAzəri xəbər verir, General-leytenant pasdar Şəhid Qasim Süleymani, Əbu Məhdi Əlmuhəndis və onların silahdaşlarının şəhid olmasının birinci ildönümü, 1 yanvar cümə günü səhər İranın məhkəmə hakimiyyətinin sədri Ebrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusu SEPSH-ın baş komandanı general-mayor Hüseyn Səlami, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı- briqada generalı pasdar Esmail Qaani və bir qrup hərbi və milli məmurun və şəhid ailələrinin iştirakı ilə Tehran Universitetində keçirilib.
İraqda Əlhəşduşşəbi təşkilatının rəisi Falih Əlqiyaz da general Soleymaninin şəhadətindən sonra bu ölkədəki müqavimət mehvərində canlamanın baş verməsinə işarə edərək, vurğulayıb: İraq xalqı bütün məsələlərdə iştirakın düzgün yolunu tapa bilibdir ki, onların ən mühümü, Fələstin məsələsidir.
Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Əlnəxalə də müqavimət sərkərdələrinin şəhadətinin birinci ildönümü mərasimində Qəzzə zolağının bugünkü qüdrətini general Soleymaninin səylərinin nəticəsi adlandırıb və belə söyləyib: "General Soleymanini şəhid etdilər, zira o, regionda Amerikanın və sionist rejimin yolunda bir maneə idi və daima Qüdsü və Fələstini müdafiə edərdi".
Livanın Hizbullah Hərəkatının İcra Şurasının sədri Haşim Səfiyəddin də bildiribdir ki, şəhid Soleymaninin qanı hələ müqavimət mehvərinin damarlarında qaynamaqdadır. O, deyib: "Biz əməl əhliyik və mütləq bir şər olan Amerikadan intiqam alacağıq".
Yəmənin Tehrandakı səfiri İbrahim Muhəmməd Əldiyləmi də bu mərasimdə belə qeyd edib: "Şəhid Soleymani regionda Amerikanın və sionist rejimin planları qarşısında müqavimət cəbhəsinin mehvəri və sütünü idi".
Suriyanın baş müftisi Şeyx Əhməd Bədrəddin Həssun da bildirib ki, heç bir amil şəhid Soleymanini və onun silahdaşlarını cihad yolunda məhdudlaşdırmırdı. O, söyləyib: "Şəhidlər Soleymani və Əlmuhəndis müqavimət yolunu təyin etdilər".
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Şəhid Qasim Süleymani və İraqda Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Mehdi Əl-Mühəndis və digər səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu ABŞ qüvvələrinin İraqın Bağdad hava limanının yaxınlığında keçirdikləri hava hücumunda şəhid edildilər.