General Soleymaninin qanının intiqamının zamanı və məkanını İran təyin edəcək
https://azeri.sahartv.ir/news/İran-i371567-general_soleymaninin_qanının_intiqamının_zamanı_və_məkanını_İran_təyin_edəcək
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın sözçüsü deyib ki, Sepah-ın Qüds qüvvələrinin keçmiş komandanı şəhid general-leytenant pasdar Qasem Soleymaninin qanının intiqamının zamanı və məkanını İran təyin edəcək.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 03, 2021 15:38 Asia/Baku
  • General Soleymaninin qanının intiqamının zamanı və məkanını İran təyin edəcək

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın sözçüsü deyib ki, Sepah-ın Qüds qüvvələrinin keçmiş komandanı şəhid general-leytenant pasdar Qasem Soleymaninin qanının intiqamının zamanı və məkanını İran təyin edəcək.

SəhərAzəri xəbər verir, general Rəməzan Şərif bu gün «Russiya Today» informasiya kanalı ilə müsahibədə vurğulayıb: Tehran Amerikanın İrana qarşı digər bir ağılsız hərəkət törədəcəyini mümkünsüz saymır.

General Şərif söyləyib: İranın general Soleymaninin intiqamını almağa fürsəti qalmaqda davam edir. Eyni zamanda, onun münasib zaman və məkanda həyata keçiriləcəyi mütləq və qəti məsələdir.

Sepah-ın sözçüsü deyib: General Soeymaninin qanının intiqamının zamanı və məkanını Amerika deyil, İran müəyyən edəcək.

O, vurğulayıb: Bu intiqam düşmənə maksimum təsir göstərməli və İslam Dünyasında maksimum dəstək qazanmalıdır.