İran vaksininin insan üzərində testinin ikinci mərhələsi başlayıb
İranın koronavirus peyvəndinin könüllülərə vurulmasının ikinci mərhələsi bu gün başlayıb.
SəhərAzəri xəbər verir, Tehran Tibb Elmləri Universitetinin Klinik Tədqiqat Mərkəzinin direktoru Hamid Hüseyni deyib: "İranın koronavirus peyvəndinin insan üzərində testinin ikinci mərhələsi üçün lisenziya dünən gecə verilib və bu mərhələ bu gündən başlayacaq.
Hüseyni İran vaksininin bu həftənin sonunadək 4 könüllüyə vurulacağını bəyan edərək, əlavə edib: "İkinci mərhələnin nəticələri gələn həftənin əvvəlində monitorinq komitəsinə elan ediləcək".
Tehran Tibb Elmləri Universitetinin Klinik Tədqiqat Mərkəzinin direktoru insani sınağın ilk mərhələsində peyvənd olan könüllülərin ümumi vəziyyəti ilə bağlı deyib: "Hazırda onlar yaxşıdırlar və hər şey öz qaydasındadır".
Hüseyni iranlı koronavirus peyvəndinin klinik sınaqlarının ilk fazasının iki ay sürəcəyini bildirib və deyib: "Bu mərhələdə 56 könüllü iştirak edir və onlar bu iki ay ərzində peyvən olacaqlar".
Onun sözlərinə görə, vaksin hər könüllüyə iki dəfə və 14 gün fasilə ilə vurulur.
Qeyd edək ki, iranlı mütəxəssislərin koronavirusa qarşı hazırladığı "Covİran Bərəkət" adlı vaksinin klinik sınaqlarının ilk fazası dekabrın 29-da başlayıb.