Yan 06, 2021 17:11 Asia/Baku
  • General-mayor Qaani:

İran İslam İnqilabı Keşikçiləri korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı müqavimət cəbhəsinin günü-gündən daha da güclənəcəyini bəyan edərək, deyib: "Hacı Qasim məktəbinin şagirdləri amerikalıları regiondan qovacaqlar".

SəhərAzəri xəbər verir, İran İslam İnqilabı Keşikçiləri korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı general-mayor Qaani şəhid general-leytenant Hacı Qasim Süleymaninin şəhadətinin birinci ildönümü münasibətilə keçirilən bir mərasimdə deyib: "Bu cinayətin intiqamını almaq üçün düşmənə ilk zərbə Sərdar Süleymaninin cənazəsinin möhtəşəm dəfn mərasimi idi, ikinci zərbə isə Amerika bazasına hücum və ABŞ-ın yenilməzlik eyforiyasını dağıtmaq idi".

General-mayor Qaani əlavə edib: "Vurulacaq növbəti şillə isə proqram təminatı sahəsində impeiralizmin yenilməzlik eyforiyasını dağıtmaqdır və dördüncü zərbə isə amerikalıların regiondan qovulmasıdır".

İslam İnqilabı Keşikçiləri korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı düşmənlərə xitabən deyib: "Sizdən intiqam alma və sizi məğlub etmə prosesi ilk andan başlayıb və son nöqtəyə qədər davam edəcək. Artıq öz evinizdə belə rahat ola bilməyəcəksiz".

General-mayor Qaani sonra qeyd edib ki, ABŞ prezidentindən tutmuş dövlət katibinə qədər Sərdar Süleymaniyə qarşı terror cinayətini törədən asas cinayətkarlar bilməlidirlər ki, elə belə deyil ki, Qərbi Asiyada terrorla mübarizə qəhrəmanını terroredəsən sonra isə rahat yaşaya biləsən".

İslam İnqilabı Keşikçiləri korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı şəhid Süleymaninin yolunun tərrəddüd etmədən və dəyişmədən davam etdiyini vurğulayaraq, əlavə edib: "Müqavimət cəbhəsinə dəstək Allahın izni və köməyi ilə davam edəcək".

General-mayor Qaani bu gün (6 yanvar) Kirman şəhərinin şəhidlər qəbristanlığında olaraq, general-leytenant şəhid Qasim Süleymani və silahdaşlarının uca məqamına ehtiramını bildirib.

Teqlər