Qərbin İrana qarşı maksimum təzyiqi uğursuz qalıb
İranın Məhkəmə Hakimiyyətinin sədri deyib: Qərb ölkələrinin mütəfəkkir və analitiklərinin etiraflarına görə, Qərbin və Amerikanın İrana qarşı maksimum təzyiqi uğursuz qalıbdır.
SəhərAzəri xəbər verir, Höccətulislam Seyyed Ebrahim Rəisi bu gün İranın qərbində yerləşən Kermanşah şəhərində düşmənin təhdid və sanksiyalar məsələsinə işarə ilə deyib: Düşmənin maksimum təzyiqi sınıb. Amerika və Qərb onu icad etməkdə dalana dirəniblər.
Qərbi Asiya bölgəsinin şəraitinə işarə edən Rəisi söyləyib: Amerika və İngiltərənin himayə etdikləri qüvvələrin bütün fitnələrinə baxmayaraq, İran bölgədə ilk sözü deyir və onun təhlükəsizliyini təmin edir.
İranın Məhkəmə Hakimiyyətinin sədri həmçinin şəhid general-leytenant pasdar Qasem Soleymaninin xatirəsini anaraq, deyib: Bu yüksək dərəcəli şəhid, düşmənin bütün səylərinə rəğmən, regionun təhlükəsizliyini təmin etdi və bir çox düyünləri açdı.
İran Məhkəmə Hakimiyyətinin sədri özünün on doqquzuncu vilayət səfərində bu gün Kermanşaha daxil olub.