İranın anti-koronavirus vaksini üçünçü könüllülər qrupuna vurulub
İranın anti-koronavirus vaksininin araşdırılmasına nəzarət qrupunun üzvü bu peyvəndin üçünçü könüllülər qrupuna vurulmasından xəbər verib.
SəhərAzəri xəbər verir, o, deyib: «Kovo İran Bərəkət» peyvəndi üzərində insan araşdırmaları son beynəlxalq standartlar əsasında aparılmaqdadır.
İranın anti-koronavirus vaksininin araşdırılmasına nəzarət qrupunun üzvü doktor Minu Mohrəz iranlı tədqiqatçıların düzəltdikləri anti-koronavirus vaksininin uğurlu inkişaf mərhələlərindən razılıq edərək, söyləyib: Bu gün üç nəfərə «Kovo İran Bərəkət» peyvəndi vuruldu və sabah da daha dörd digər könüllü üzərində həyata keçiriləcək.
Yoluxucu xəstəliklər üzrə bu mütəxəssis əlavə edib: Bundan öncə də yeddi inyeksiya həyata keçirilib və bu könüllülər hər gün müayinədən keçiriliblər. Onlarda nəzərəçarpacaq yan təsir müşahidə olunmayıb.
İranlı tədqiqatçılar tərəfindən düzəldilmiş «Kovo İran Bərəkət» adlı peyvənd üzərində klinik araşdırmaların insan inyeksiyası üzrə birinci etapı ötən il dekabrın 29-da başlanıb.
Qərar üzrə İran vaksini birinci mərhələdə iki ay ərzində 56 könüllüyə vurulmalıdır.