Yan 19, 2021 18:47 Asia/Baku
  • İranda

İranın səhiyyə nazirliyinin mətbuat katibi ötən 24 saat ərzində ölkədə beş min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 87 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda beş min 917 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan 518 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının bir milyon 342 min 134 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 87 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 56 min 973 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda bir milyon 131 min 883 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər