Yan 21, 2021 13:56 Asia/Baku
  • Ruhani: \
    Ruhani: \"İranı diz çökdürmək istədiklərini iddia edən zorakılar rəzilliklə devrildilər\"

İran prezidenti Fars Körfəzinin "Bid Bolənd" qaz emalı zavodunu region səviyyəsində nəhəng bir hayihə kimi dəyərləndirib və deyib: "İranı diz çökdürmək istədiklərini iddia edən zorakılar rəzilliklə və başı aşağı devrildilər".

SəhərAzəri xəbər verir, İran prezidenti bu milli layihənin videokonfrans formatında keçirilən açılış mərasimində qeyd edib ki, İran xalqına qarşı fitnə və plan quranların hərəkətləri mənhus ömürlərinin son günlərində bütün dünyaya, millətlərə və ABŞ xalqına aydın oldu və hamı onların necə anti-demokratik olduqlarını gördü.

Ruhani daha sonra İranın enerji qaynaqları baxımından bölgədə xüsusi və əhəmiyyətli bir mövqeyə sahib olduğunu bəyan edərək, əlavə edib: "İran İslam Respublikası 32 min milyard kubmetr qaza sahib olmaqla dünyanın ən böyük qaz mənbəyidir."

İran prezidenti ölkənin neft və qaz sahəsindəki xüsusi mövqeyinə toxunaraq, deyib: "Dünyanın İranın nefti və qazına ehtiyacı var və İslam Respublikası bölgədə elektrik və qaz istehsalı və ixracı baxımından bir haba çevrilə bilər".

Teqlər