Yan 26, 2021 21:38 Asia/Baku
  • İran-Rusiya əlaqələri ABŞ-ın arzularından asılı deyil

Rusiya xarici işlər naziri vurğulayıb ki, İran-Rusiya əlaqələri ABŞ-ın arzularından asılı deyildir.

SəhərAzəri xəbər verir, Sergey Lavrov bu gün Moskvada İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında ABŞ-ın nüvə anlaşmasına qayıtması haqda deyib ki, İran-Rusiya əlaqələri Vaşinqtonun həvəsləri və meyllərindən asılı deyildir.

Lavrov sonra deyib: İran və Rusiya nüvə anlaşması haqda ortaq mövqeyə malikdirlər və bu anlaşmanın qorunmasının yeganə yolu, onun tam şəkildə icrasıdır.

Rusiya xarici işlər naziri həmçinin bildirib ki, öz iranlı həmkarı ilə həm də İranın Buşehr atom elektrik stansiyasında yeni obyektlərin inşası barədə danışıbdır.

Lavrov vurğualyıb ki, Amerika qanunsuz sanksiyalar tətbiq edir.

Suriya məsələsinin Astana sammiti çərçivəsində həllinə toxunan Rusiya xarici işlər naziri deyib: Astana iclası formasında Suriya mövzusuna həsr olunan növbəti iclas fevral ayında Soçidə keçirilməlidir.

Teqlər