Yan 27, 2021 18:28 Asia/Baku
  • İran 2020-ci ildə polad istehsalı artımı cəhətdən dünyada üçüncü olub

İran İslam Respublikası 2020-ci ildə polad istehsalının artımına görə dünya üzrə üçüncü yeri tutub.

SəhərAzəri xəbər verir ki, Ümumdünya Polad Assosiasiyasının statistikasına görə, İranın 2020-ci ildəki polad istehsalı artımı Özbəkistan və Moldovadan sonra dünya üzrə üçüncü yeri tutub.

2020-ci ildə İranın polad külçə istehsalının ümumi həcmi 29 milyon tondan çox olub və o, dünyada polad istehsalı üzrə onuncu yerini qoruyub saxlayıbdır.

İran son illər polad istehsalı sahəsində dünyada onuncu, Qərbi Asiya bölgəsində isə birinci yeri tutubdur.

İranın polad istehsalı 2019-cu ildə 25 milyon 600 min tona çatmışdı ki, 2020-ci ildə on üç tam onda dörd faiz artaraq, 29 milyon 30 min tona çatıbdır.

Teqlər