"Türk Hava Yolları"na məxsus təyyarənin istiqamət dəyişməsinin səbəbi bəlli olub
İranın Mülki Aviasiya Təşkilatının sözçüsü deyib: "Təyyarənin əlverişsiz hava şəraiti səbəbindən istiqamətini dəyişməsi təbii haldır".
SəhərAzəri xəbər verir ki, Məhəmməd Həsən Zibəxş əlavə edib: "Türk Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi İran səmasına daxil olduqda, pis hava şəraiti ilə əlaqədar İmam Xomeyni (r.ə) adına hava limanında eniş edə bilməyib, istiqamətini dəyişərək, Bakıya doğru hərəkət edib və Bakıda eniş edib".
Zibəxş deyib: "Pilot eniş etmək üçün Bakı hava limanı və İsfahan hava limanı arasında seçim etməli idi ki, Bakıya doğru istiqamətini dəyişir və orada yanacaq doldurur".
O, əlavə edib: "Sərnişinlərin həyatını qorumaq pilotun vəzifəsidir, buna görə də pilot Bakı hava limanında yanacaq doldurduqdan və hava şəraiti əlverişli olduqdan sonra səhər saat 4 radələrində İmam Xomeyni (r.ə) adına hava limanında eniş edib".
Zibəxş vətəndaşların düzgün və dəqiq məlumatı ölkənin aviasiya təşkilatının saytından almalı olduqlarını bəyan edərək, deyib: "Aviasiya saytının hakk olunması xəbəri doğru deyil".