Yan 31, 2021 10:49 Asia/Baku
  • Zərif:

İranın xarici işlər naziri Naxçıvan Muxtar Respublikasının Qafqaz bölgəsində sülh və sabitliyin yaradılmasında rolunu həyati adlandırıb.

SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad zərif şənbə günü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşdən sonra jurnalistlər qarşısında dayib: "Naxçıvan Muxtar Respublikası gələcəkdə Qafqazda yaranacaq sülh əməkdaşlığı üçün mərkəz rolunu oynayacaqdır". 

Zərif regional əməkdaşlıqda Naxçıvan Muxtar Respublikasının  kommunikasiya yollarının əvəzolunmaz roluna toxanaraq, çoxtərəfli əməkdaşlıqla cənub-şimal və cənub-qərb dəhlizlərinin yaradılmasına ümidvarlıq ifadə edib.

Zərif, həmçinin Azərbaycan Respublikasının Culfa dəmir yolu stansiyasında olaraq, bi stansiyaya baxış keçirib.

İran Xarici İşlər Naziri vəziyyəti nəzərdən keçirmək və Naxçıvan Muxtar Respublikasının rəsmiləri ilə görüşmək məqsədilə şənbə günü bu bölgəyə səfər edib.

Zərif  bəş Azərbaycan Respublikası, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyə ölkələrinə regional səfəri zamanı bu ölkələrin liderləri və yüksək vəzifəli rəsmiləri ilə görüşərək, ikitərəfli münasibətlər və regional əməkdaşlıq məsələlərini müzakirə edib.

Teqlər