Fev 04, 2021 12:44 Asia/Baku
  • Zərif: “Beynəlxalq Ədalət Məhkəməsinin qərarı İranın qələbəsidir”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Beynəlxalq Ədalət Məhkəməsinin İrana dair qərarının Tehranın yeni qanuni qələbəsi olduğunu bildirib.

SəhərAzəri xəbər verir, Beynəlxalq Ədalət Məhkəməsi ABŞ və İran arasında sanksiyalara qərar vermək üçün Niderlandın Haaqa şəhərində bir araya gəlib. 16 hakimdən ibarət heyətin əksəriyyəti Beynəlxalq Ədalət Məhkəməsinin ABŞ-İran mübahisəsinə dair səlahiyyət sahibi olduğuna qərar verib.

Məhkəmə dünənki (3 fevral) qərarında ABŞ-ın İranın şikayətinə qarşı etirazını ədalətsiz elan edərək rədd etdiyini elan etmişdi.

Məhkəmənin qərarından sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sosial media hesabında, ABŞ-ın sanksiyalarına görə, Tehran rəhbərliyinin şikayətini əsaslandıran Beynəlxalq Ədalət Məhkəməsinin qərarını hüquqi qələbə kimi şərh edib:

“Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın birtərəfli sanksiyaları üzündən Vaşinqton rəhbərliyinin şikayətə etirazını rədd etdi. Bu, İran üçün 3 oktyabr 2018-ci ildən sonra yeni hüquqi qələbədir. İran həmişə beynəlxalq hüquqa tam hörmət edib. ABŞ-ın beynəlxalq hüquqa hörmət etmə vaxtı gəldi”.

İran 2018-ci ildə ABŞ-ın İrana yenidən sanksiya tətbiq etməklə 1955-ci il tarixli dostluq razılaşmasını, İqtisadi İlişkiləri və Konsulluq hüquqlarını pozduğunu iddia edərək, ABŞ-ın birtərəfli sanksiyalarından Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etmişdi. ABŞ isə, müqavilənin artıq etibarlılığını itirdiyini və İranın ittihamlarının bununla heç bir əlaqəsi olmadığını iddia etmişdi.

Teqlər