Fev 04, 2021 19:21 Asia/Baku
  • İran artıq bir neçə dəfə ABŞ-a qalib gəlib

Beynəlxalq Haaqa Məhkəməsinin Amerikaya qarşı qərar çıxarması İran İslam Respublikası üçün daha bir uğur oldu.

SəhərAzəri xəbər verir, bu sözləri vurğulayan İran İslam Respublikasının prezidenti sonra deyib: Amerikalılar bu siyasi müharibədə minlərlə müxtəlif ekspertdən faydalansalar da, biz məhdud sayda diplomatla onlarla müharibəyə girdik və qalib gəldik.

Həsən Ruhani söyləyib: Bundan öncə İranın Amerikanın sanksiyalarına qarşı mübarizəsində Beynəlxalq Ədalət Məhkəməsi minlərlə amerikalı hüquqşunasın səfərbər edilməsinə rəğmən, İranın xeyrinə qərar çıxardı və bildirdi ki, Amerika humanitar məsələlər sahəsindəki bütün sanksiyaları dərhal kəsməlidir. Əlbəttə, amerikalılar onları yerinə yetirməməklə yeni cinayətə əl atdılar.

Ruhani daha sonra söyləyib: Bu mərhələdə amerikalılar sübut etməyə çalışdılar ki, məhkəmə İranın şikayətinə baxa bilməz, amma dünən Amerikanın əleyhinə qərar çıxarıldı və bu, İran İslam Respublikası üçün böyük hüquqi uğur olaraq, göstərdi ki, xalqımız böyükdür və bizim ziyalı gənclərimiz diplomatik və hüquqi sahələrdə, həmçinin texniki məsələlərdə müvəffəqdirlər.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi dünən Beynəlxalq Ədalət Məhkəməsinin 1955-ci il dostluq müqaviləsinin pozulması üzrə məhkəmə işi barədə səlahiyyət qərarı çıxarmasından xəbər verdi və belə dedi: Məhkəmə Amerika rəsmilərinin iradlarını rədd edərək, özünü Birləşmiş Ştatlar hökumətinə qarşı qaldırılmış məhkəmə işinə baxmağa səlahiyyətli hesab edib və beləliklə iş mahiyyət cəhətdən baxılma mərhələsinə daxil olacaq.

Teqlər