İnqilab fəcri mərasimində ballistik raketlər sərgilənib
https://azeri.sahartv.ir/news/İran-i373110-İnqilab_fəcri_mərasimində_ballistik_raketlər_sərgilənib
Sepah-ın hava-kosmos qüvvələrinin üç ədəd ballistik raketi 22 bəhmən yürüşü mərasimində- Tehranın Azadi meydanında nümayiş etdirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 10, 2021 09:24 Asia/Baku
  • İnqilab fəcri mərasimində ballistik raketlər sərgilənib

Sepah-ın hava-kosmos qüvvələrinin üç ədəd ballistik raketi 22 bəhmən yürüşü mərasimində- Tehranın Azadi meydanında nümayiş etdirilib.

SəhərAzəri xəbər verir, «Zolfəqare Bəsir», Dezful və Qiyam ballistik raketləri Tehranda keçirilən İslam İnqilabının 42-ci fəcri mərasimində sərgilənib.

Zolfəqar raketləri ailəsindən olan Dezful ballistik raketi min kilometrlik mənzillə Sepah-ın hava-kosmos qüvvələrinin «yer-yer» tipli taktiki ballistik raketlərindən sayılır.

«Zolfəqare Bəsir» raketi Zolfəqar tipindən olan raketlərin ən yeni nümunəsidir. 700 kilometrlik mənzilə malik olan bu raket optikal axtarıcı başlığı ilə təchiz olunaraq, dənizdəki düşmən gəmilərini hədəfə almaq qabiliyyətinə malikdir.

800 kilometrlik mənzilli Qiyam ballistik raketləri isə mənzilin sonunadək istiqamətləndirən başlıq ilə təchiz edilmiş Qiyam-1 və Qiyam-2 tiplərinə malik olaraq, İranın digər dəqiq raketlərindəndir. ABŞ-ın İraqdakı Əynuləsəd hərbi bazasının hədəfə alınmasında bu raketdən istifadə olunubdur.