Fev 12, 2021 11:11 Asia/Baku
  • İran məhkəmə hakimiyyətinin sədri Tehrana geri dönüb

İranın məhkəmə hakimiyyətinin sədri İraqa dördgünlük səfərdən sonra bu gün səhərçağı Tehrana daxil olub.

SəhərAzəri xəbər verir, höccətulislam Vəlmuslimin Seyyed Ebrahim Rəisi İraqdan geri döndükdən sonra Tehranın beynəlxalq Mehrabad hava limanında deyib: Bu səfərdə qərara alındı ki, İraqın məhkəmə aparatının işçi qrupu iranlı həmkarı ilə birgə, müqavimət komandanlarının şəhadəti işini, yekun nəticə əldə olunanadək ciddi surətdə izləsin.

İranın məhkəmə hakimiyyətinin sədri sonra deyib: Bu səfərdə iki ölkənin çirkli pulların yuyulması ilə mübarizə sahəsində həmkarlığı, cinayətkarların ekstradisiyası qanununun fəallaşdırılması, informasiya mübadiləsi,/ mütəşəkkil cinayətlər, narkotik maddələr və korrupsiya ilə ciddi mübarizə, eləcə də məhbuslar məsələsi barədə söhbət edildi.

Höccətulislam Vəlmuslimin Seyyed Ebrahim Rəisi İraq ali məhkəmə şurasının sədri Faiq Zidanın rəsmi dəvətilə bu ölkəyə səfər edərək, İraqın yüksək vəzifəli rəsmilərilə görüşlər keçiribdir.

Teqlər