Fev 18, 2021 09:22 Asia/Baku
  • Amerikanın nüvə anlaşması ilə bağlı yeni iddiası

Regionun nüvə anlaşmasından nigaran olduğunu bildirən ABŞ Dövlət Departamentinin bir sözçüsü iddia edib ki, Amerika hökumətində İranın nüvə məsələsilə bağlı anlaşma üçün bütün seçimlər masa üzərindədir.

SəhərAzəri xəbər verir, Ceraldin Qriffit Ələrəbiyyə telekanalı ilə müsahibədə iddia edib ki, Vaşinqton İranın nüvə məsələsi barədə diplomatik prosesi irəlilətmək üçün öz müttəfiqləri ilə həmkarlıq edir və Tehrandan öncə bu anlaşmaya geri dönməyəcəkdir.

Bundan öncə nüvə anlaşmasına geri dönəcəyi və İrana qarşı qanunsuz sanksiyaları ləğv edəcəyini vəd edən Amerikanın yeni prezidenti Co Baydeninin hökuməti Ağ Ev-ə daxil olduqdan sonra bu addımı İranın öz öhdəliklərini icra etməsilə şərtləndiribdir.

İslam İnqilabının Böyük Rəhbəri ötən həftənin bazar günü avropalı və amerikalı rəsmilərin nüvə anlaşması, eləcə də Amerikanın sanksiyaları barədəki fikirləri ilə bağlı belə vurğuladılar: İran yalnız Amerikanın bütün sanksiyaları sözdə və ya kağız üzərində deyil, əməldə ləğv etməsindən və bu sanksiyalar ləğvinin İran tərəfindən sınaqdan keçirilməsindən sonra öz nüvə anlaşması öhdəliklərinə geri dönəcəkdir. Bu, İran İslam Respublikasının qəti və geriyədönməz siyasətidir və ölkənin bütün məsul şəxsləri bu barədə eyni fikrə malikdirlər və heç kəs ondan vaz keçməyəcəkdir.

Teqlər