Fev 19, 2021 10:54 Asia/Baku
  • Addıma addımla cavab verəcəyik

İranın xarici işlər naziri dünən deyib: İranın nüvə anlaşması addımları Amerikanın və Avropa üçlüyünün sədaqətsizlikləri və pozuntularına bir cavabdır.

SəhərAzəri xəbər veri, Məhəmməd Cavad Zərif İranın son nüvə addımlarından dəfələrlə nigarançılıq edərək, İranın öz nüvə öhdəliklərinin tam şəkildə icrasına geri dönməsini istəmiş avropalı rəsmilərin sözlərinə reaksiyada tvitterdə yazıb: Fəlsəfə açmaq və məsuliyyəti İranın üzərinə atmaq yerinə, Avropa üçlüyü və Avropa Birliyi öz öhdəliklərinə əməl etməli və Trampın İrana qarşı iqtisadi terrorizmi irsinin bitməsini istəməlidirlər.

Zərif sonra deyib: İranın cavab tədbirləri Amerikanın və Avropa üçlüyünün pozuntularına bir cavabdır. Əgər İranın nüvə addımlarından qorxursunuzsa, səbəbi aradan götürün.

İranın xarici işlər naziri daha sonra deyib ki, İran addıma addımla cavab verəcək.

Amerikanın dövlət katibi, eləcə də İngiltərə, Almaniya və Fransanın xarici işlər nazirləri cümə axşamı günü gecə yaydıqları bir bəyanatda öz ölkələrinin nüvə anlaşması qarşısındakı sədaqətsizliklərinə işarə etmədən İrandan istəyiblər ki, xüsusən agentliyin İrandakı təftişlərini məhdudlaşdırmaq və əlavə protokolun icrasını dayandırmaq kimi bundan da artıq addımlar atmaqdan çəkinsin.

Əlavə protokol agentliyin müfəttişlərinə bu imkanı verir ki, istədikləri vaxt İranın nüvə saytlarından baxış keçirsinlər.

Bundan öncə nüvə anlaşmasına geri dönəcəyi və İrana qarşı qanunsuz sanksiyaları ləğv edəcəyini vəd edən Amerikanın yeni prezidenti Co Baydeninin hökuməti Ağ Ev-ə daxil olduqdan sonra bu addımı İranın öhdəliklərinin icrası ilə şərtləndiribdir.

Amerikanın keçmiş prezidenti Donald Tramp 2018-ci il mayın səkkizində birtərəfli surətdə Vaşinqtonun nüvə anlaşması altındakı öhdəliklərini pozaraq, ölkəsini bu beynəlxalq anlaşmadan çıxardı və İrana qarşı sanksiyaların geri döndüyünü bildirdi.

İran Amerikanın nüvə anlaşmasından birtərəfli və qanunsuz şəkildə çıxmasından sonra nüvə anlaşmasını anlaşmanın digər tərəflərinin öz öhdəliklərinə əməl etmələri şərtilə qorumağa çalışdı. Amma avropalılar bu anlaşmanın qorunması üzrə vəd edilmiş real addımlarda heç bir uğur qazanmadılar.

Belə bir şəraitdə İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası 2019-cu il mayın 8-də, yəni Amerikanın nüvə anlaşmasından çıxmasının ildönümündə bildirdi ki, İran öz nüvə anlaşması öhdəliklərini anlaşmanın 26 və 36-cı maddələrinə əsasən, etaplarla azaldacaq ki, öhdəlikləri ilə hüquqları arasında tarazlıq yaranmış olsun.

İran İslam Respublikası fevralın 23-dək nüvə anlaşması altındakı könüllü addımlarını «Sanksiyaların ləğvi üçün strateji addımlar və İran xalqının hüquqlarının qorunması» qanunu çərçivəsində dayandırmaq niyyətindədir.

İran İslami Şura Məclisi ötən il dekabrın birində bu qanunu qəbul edərək, İran dövlətinə tapşırdı ki, Amerikanın sanksiyalarının davam edəcəyi təqdirdə, agentliklə həmkarlığı məhdudlaşdıraraq, nüvə anlaşması altındakı öhdəliklərinin azaldılması istiqamətində daha çox addımlar atsın.

Bu qanunun 6-cı maddəsinə əsasən, İran İslam Respublikası dövləti nüvə anlaşmasının 36 və 37-ci maddələrinə əsasən, qanunun qəbul edilməsindən sonra iki ay ərzində nüvə anlaşmasına əsasən, əlavə protokoldan kənar nəzarət əlçatanlıqlarını dayandırmağa borcludur.

Nüvə anlaşmasının 26 və 36-cı maddələrinə əsasən, qarşı tərəfin öz öhdəliklərinə sadiq qalmayacağı təqdirdə, İranın öz öhdəliklərini tam şəkildə və ya qismən dayandırmağa haqqı çatır.

Teqlər