Bayden: İranın nüvə proqramı haqda anlaşmaya hazırıq
https://azeri.sahartv.ir/news/İran-i373496-bayden_İranın_nüvə_proqramı_haqda_anlaşmaya_hazırıq
Bu gün təhlükəsizlik problemlərinin fərqli olduğunu bildirən ABŞ prezidenti nüvə anlaşmasına qayıdış üzrə real bir həll yolu təqdim etmədən 5+1 qrupundan danışıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 20, 2021 06:49 Asia/Baku
  • Bayden: İranın nüvə proqramı haqda anlaşmaya hazırıq

Bu gün təhlükəsizlik problemlərinin fərqli olduğunu bildirən ABŞ prezidenti nüvə anlaşmasına qayıdış üzrə real bir həll yolu təqdim etmədən 5+1 qrupundan danışıb.

SəhərAzəri xəbər verir, Co Bayden virtual formada iştirak etdiyi Münhen təhlükəsizlik konfransında Amerikanın İranın nüvə proqramı haqda 5+1 qrupu ilə bir daha anlaşmaya hazır olduğunu bildirib. O, iddia edib ki, Birləşmiş Ştatlar İranın regiondakı səbatsızlaşdırıcı fəaliyyətlərini araşdırmaqdadır.

Baydenin Amerikanın sədaqətsizliklərinin əvəzinin çıxılması haqdakı təzadlı sözlərinin fonunda qeyd edək ki, Vaşinqton cümə günü səhərçağı Donald Trampın BMT Təhlükəsizlik Şurasının anti-İran sanksiyalarının tətbiqi barədəki keçmiş iddiasını rədd edərək, Amerikanın, nüvə anlaşması barədə 5+1 qrupu ilə İran arasında keçiriləcək iclasda iştiraka hazır olmasından xəbər vermişdi.

İran İslam Respublikası daima vurğulayır ki, Vaşinqtonun anlaşmanı pozan tərəf olduğuna və Tehranın öhdəliklərinin azaldılmasının ABŞ-ın qeyri-qanuni hərəkətlərinə cavab olaraq həyata keçirildiyinə görə, Tehran tərəfindən hər hansı bir addım, sanksiyaların aradan qaldırılmasından sonra atılacaqdır.