Fev 20, 2021 13:15 Asia/Baku
  • İranın nümayəndə heyəti Naxçıvan kommunikasiya dəhlizlərində olub

İran İslam Şurası Məclisinin heyəti Naxçıvan kommunikasiya dəhlizlərində olub.

SəhərAzəri xəbər verir, İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zonnuri və onu müşayiət edən nümayəndə heyəti cümə axşamı günü Naxçıvan Muxtar Respublikasına birgünlük səfər çərçivəsində İranın bu bölgə ilə dəmiryolu əlaqəsi xətlərinin yerləşdiyi ərazidə olublar.

Naxçıvanın Culfa şəhəri məkanında keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının nəqliyyat və dəmiryolu sektorlarının məsul şəxsləri İranın bu bölgə ilə, eləcə də Naxçıvan vasitəsilə Azərbaycan Respublikası, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyəyə nəqliyyat marşrutları barədə izahatlar veriblər. Onlar İran ilə hərtərəfli münasibətləri genişləndirməyə və yüksəltməyə hazır olduqlarını da vurğulayıblar.

Bu görüşdə həmçinin Dağlıq Qarabağdakı son müharibənin nəticələri və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi diqqət mərkəzinə alınıb. Qeyd olunub ki, bu məsələnin nəticələrindən biri, bölgənin dalandan çıxması və region ölkələri arasında kommunikasiya xətlərinin nəzərdən keçirilməsidir.

Teqlər