Fev 22, 2021 19:11 Asia/Baku
  • Qəribabadi:

İranın Vyanada yerləşən Beynəlxalq Təşkilatlardakı səfiri və daimi nümayəndəsi qeyd edib ki, heç bir uzatma və ya təxirə salma olmayacaq və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik AEBA-ya nəzarət sazişindən artıq heç bir əlçatanlıq icazəsi verilməyəcək".

SəhərAzəri xəbər verir, Kazim Qəribabadi AEBA-nın baş direktoru Rafael Qrossinin İran rəsmiləri ilə danışıqları barədə deyib: "İran və MAQATE Əlavə Protokolun icrasının və nüvə anlaşması çərçivəsindəki girişlərin tamamilə dayandırılması və İranın təkcə nəzarət sazişi çərçivəsindəki öhdəliklərini yerinə yetirməsi barədə razılığa gəliblər".

Beləliklə Məclisin qərarına əsasən, MAQATE-yə nəzarət sazışındən kənar əlçatanlıq icazəsi verilməyəcək və heç bir yoxlama aparılmayacaq.

İranın Vyanada yerləşən Beynəlxalq Təşkilatlardakı səfiri və daimi nümayəndəsi qeyd edib ki, fakt araşdırıcı və zəruri nəzarət missiyasının davam etdirilməsindən məqsəd budur ki, üç ay müddətinə bəzi fəaliyyətlərin və nəzarət təchizatlarının məlumatı İran tərəfindən qeydə alınıb saxlanılacaq.

O, əlavə edib: "3 ay ərzində sanksiyalar tamamilə ləğv edilərsə, İran bu məlumatı MAQATE-yə təqdim edəcək, əks halda məlumatlar həmişəlik silinəcəkdir".

Teqlər