Borrell: İran ƏMTP-dakı öhdəliklərinə əməl etdi; Biz öhdəliklərimizi yerinə yetirmədik
AB Xarici Siyasət İdarəsinin Rəhbəri Avropa tərəfinin nüvə razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyini etiraf edərək İranla danışıqların məhdudlaşmasına çağırdı.
SəhərAzəri xəbər verir ki, C. Borrell çərşənbə xaşamı günü "Avropa-Amerika Əməkdaşlıq Şurasının iclasında deyib: Hal hazırda ən vacib və təcili prioritet İranın nüvə razılaşması mövzusudur" . O həmçinin əlavə edib, ABŞ-ın birtərəfli qaydada nüvə razılaşmasını tərk etdiyi zamana kimi İran bu haqda üzərinə düşən öhdəliklərini tam şəkildə yerinə yetirmişdir.
Borrell daha sonra avropalıların Əhatəli Müştərək Təşəbbüs Proqramında (ƏMTP) götürdükləri öhdəliklərini yerinə yetirmədiklərini və İNSTEKS-in təsirsiz olduğuna da işarə edərək, nüvə razılaşmasının ikitərəfli razılaşma olduğuna təkid edib və onun yoluna qoyulmasının əhəmiyyətli olduğunu bildirib.
AB xarici siyasət idarəsinin rəhbəri, ABŞ və müttəfiqlərinin nüvə razılaşması haqda yenidən danışıqlar aparmaq üçün göstərdikləri səyləri və İranın raket əleyhinə müdafiə qabiliyyəti və regional nüfuz da daxil olmaqla digər mövzularda danışıqları da qeyd edərək təkid edib: “Hərhansı müzakirədən öncə itirilmiş etibar yenidən yaradılmalıdır.”
Borrell ABŞ və Avropa tərəflərini İranla hər hansı bir danışıqları yanlız nüvə anlaşması ilə məhdudlaşdırmağa çağırıb.