Fev 28, 2021 22:57 Asia/Baku
  • Türkiyə səfiri İİR XİN-ə çağırtdırılıb

ürkiyənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

SəhərAzəri xəbər verir ki, Dərya Ores bu gün Türkiyə daxili işlər nazirinin Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK ünsürlərinin İran ərazisində olmalarına dair qəbulediməz çıxışı ilə bağlı İran Xarici İşlər Nazirliyinə çağırılıb və Tehranın rəsmi etirazı ona bəyan edilib.

Bu çağırışda həmçinin Türkiyənin İraqdakı səfirinin sözləri də əsassız adlandırılaraq, tənqid olunubdur.

Türkiyənin İraqdakı səfiri bir tvitt-də İranın İraqdakı səfiri İrəc Məscedinin İraqın Kürdüstan bölgəsinin «Rudaw Media Network» telekanlı ilə müsahibəsinə reaksiya vermişdi.

Türkiyənin Anadolu informasiya agentliyi də bu gün qeyd etmişdi ki, Türkiyə hökuməti İranın Ankaradakı səfirini xarici işlər nazirliyinə çağırtdırıb. Agentlik bu çağırışın səbəbini, Türkiyə ordusunun İraqın şimalına qarşı hücumları barədəki sözlərlə bağlı elan edibdir.

Teqlər