Mart 01, 2021 13:41 Asia/Baku
  • Ayətullah Ərafi:

Dini Elmlər Hövzələrinin müdiri Qarabağ konfransında deyib: "Biz müdafiəni və legitim müqaviməti prinsiplərimizdən biri hesab edirik və İslam torpaqlarının təcavüzə məruz qalmış hər bir nöqtəsində buna təkid edirik".

SəhərAzəri xəbər verir ki, Ayətullah Ərafi Dini Elmlər Hövzələri İdarəetmə Mərkəzinin təşəbbüsü ilə və İslam İnqilabının Böyük Rəhbərinin bəyanatını şərh etmək məqsədilə keçirilən Beynəlxalq "17 Rəbiül-Əvvəl Qarabağ" konfransında deyib: "Bu konfransın İslam düşüncəsinin əsas bazalarından biri olaraq və İslam İnqilabının əsasını qoyan şəhər kimi Qumda keçirilməsinin xüsusi anlamı vardır və o da budur ki, bizim böyük din xadimlərimiz İslam dünyasının mühüm mövzularında mövqeyə sahibdirlər".

Dini Elmlər Hövzələrinin müdiri İslam alimlərinin Qarabağ məsələsində 17 Rəbiül-Əvvəl diskursunu rəhbər tutduqlarını bəyan edərək, qeyd edib ki, İslam İnqilabının İslam ümməti dairəsindəki diskursu inteqrasiyaya və dayanıqlı müqavimətə dəvətdir; Zalımların, zorakıların və İslam Ümmətinə təcavüz edənlərin qarşısında şücaət İslam İnqilabı diskursunun sütunlarından biridir".

Teqlər