Rusiya ABŞ-ın ƏMTP-na qayıtması ilə əlaqədar dərhal iclasa çağırır
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi bir an əvvəl ABŞ-ın Nüvə Razılaşmasına qayıtması haqda iclasın keçirilməsini istəyib.
SəhərAzəri xəbər verir ki, Rusiyanın BMT-dəki nümayəndəsi Mixail Ulyanov, Cümə axşamı Rusiyaya 24-ə verdiyi müsahibədə,"Moskva, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planına qaytarması və İranı Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsində öhdəliklərinə qaytarmaq üçün ən qısa müddətdə bir görüş keçirmək istəyir" dedi.
Reuters, diplomatik mənbələrə istinadən xəbər verir ki, keçən cümə axşamı, İngiltərə, Fransa və Almaniya, Beynəlxalq Atom Enerjisi Agentliyi İdarə Heyətində İrana qarşı ABŞ-ın dəstəklədiyi bir qərar qəbul etmək planından geri çəkildi.
Joe Biden ABŞ-ın yeni rəhbərliyi, Nüvə Razılaşmasından birtərəfli qaydada çıxmanın ABŞ-ın beynəlxalq təcridinə səbəb olduğunu nəzərə alaraq ölkəsini razılaşmaya qaytarmaq niyyətində olduğunu açıqladı.