Ulyanov: “İrana qarşı maksimum təzyiq tamamilə uğursuz siyasət idi”
Ulyanov: “İrana qarşı maksimum təzyiq tamamilə uğursuz siyasət idi”
SəhərAzəri xəbər verir ki, Səudiyyə Ərəbistanı rejiminin “Arab News” qəzetinin sonuncu məqaləsinə reaksiya verən Rusiyanın Vyanadakı beynəlxalq qurum və təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov, bəzilərinin hələ keçmiş səhvlərindən dərs çıxarmadıqlarını və İrana qarşı maksimum təzyiq siyasətinin uğursuz olduğunu anlamadıqlarını vurğulayıb.
Mixail Ulyanov Tvitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “Bəzi insanlar keçmiş səhvlərdən dərs ala bilmir. Maksimum təzyiq siyasətinin (İrana qarşı) tamamilə uğursuz siyasət olduğunu qəbul etmək üçün daha çox sübuta ehtiyacımız var? Pompeonun (ABŞ-ın keçmiş dövlət katibi) İrana qarşı 12 şərti yerinə yetirildimi?”.
Qeyd edək ki, “Arab News” qəzeti dünən (14 mart) “İran sanksiyalarının hələ də güclü vasitə olmasının səbəbləri” adlı məqalədə ABŞ hökumətinin İran İslam Respublikasına qarşı maksimum təzyiq siyasətini dəstəkləmişdi.SəhərAzəri